Tuesday, May 1, 2012

Mən konfransa gedirəm

24 Aprel 2011-ci il tarixdə biz Bakı şəhərinə İREX Azərbaycan Yeni Media  Layihəsi Çərçivəsində 13-17 yaş arasında olan qızlar üçün Beynəlxalq Qızlar İKT sahəsində gününə həsr olunmuş konfransda iştirak etmək üçün yola düşdük.
Mənimlə 3 qız 9 saylı məktəbin şagirdləri Elvira Rzayeva, Vüsalə Məmmədova və 11 saylı məktəbin şagirdi Xədicə Bayramova da bir maşında gedirdik. Elvira xatırladı ki, o doğum haqqında şəhadətnaməsini götürməyib. Yoldan qayıdıb Elviranın sənədii götüdük
Artıq saat 5-ə işləyib. Biz Bakıda Azneft meydanındayıq


Alma müəllimə bizdən sorusşdu ki, siz taksi ilə, avtobus ilə , metro ilə və ya piyada ofisə getmək istəyirsiniz .

Özünüz seçin.
Biz piyada getməyi seçdik ki, Bakı ilə tanış olaq.






Mən zanbaqları çox sevirəm , odur ki zanbaqların yanında şəkil çəkdirdik

Biz Azərbaycan xalqının satirik şairi olan Mirzə Ələkbər Sabirin heykəli qarşısında da şəkil şəkdirdik. Mən M.Ə. Sabirin  Uşaq və buz  şerini lap uşaq olanda əzbərləmişdim.

Dahi Nizami Gəncəvinin heykəli qarşısında

Məhəmməd Füzulinin heykəli  və Azərbaycan Dövlət Akademik Millli Dram Teatrı

Biz yol boyu rastımıza çıxan bütün dahilərin heykəlləri qarşısında şəkil çəkdirdik. Yol boyu bir qadın heykəlinə rast gəldik o da Azad Qadın heykəli idi. Yolda çox maşın olduğu üçün müəllimə o heykəlin qarşısına keçməyə və şəkil çəkdirməyə icazə vermədi
Artıq biz İREX Bakı ofisindəyik
Bütün rayonlardan qızlar ordadırlar
Bizdən sonra ancaq Lənkərandan gələn qızlar ofisə çatdılar
Axşam bizi Balion otelinə yerləşdirdilər

Axşam yeməyimizi Firuzə restoranında etdik
Səhər 25 apreldə biz avtobuslarla Bakcellin Baş ofisinə getdik.

Bizi Bakceldə çox yaxşı qarşıladılar
Sonra Telekommunikasiya və İnformasiya texnologiyaları Nazirliyində olduq. Nazirliyin nümayəndələr xüsusi ilə Novruz müəllim bizi xüsusi qayğı və diqqətlə qarşıladılar və Nazirliyin iş prinsipi ilə tanış etdilər.

McDonaldsda günorta yeməyimizi yedik. Və dondurma. mən dondurmani çox sevirəm.

Sonra Slavyan Universitetinin qonağı olduq. Burada jurnalistika fakultəsinin tələbələrinə Yeni media alətlərindən də istifadə etməyi öyrədirdilər



Qafqaz Universiteti də bizə ev sahibliyi etdi

Biz İctimai TV-dəyik







Axşam Bizi Ali&Nino kitab evinə həm şam yeməyinə həm də Yad dildə əsərinin müəllifi Pərvizlə görüşə getdik
Yenidən oteldəyik


Və məlum oldu ki qılarımızdan biri doğum haqqında şəhadətnaməsini itirib.
Səhər tezdən konfransa hazırlıq

və konfrans zamanı


Avropa otelində nahar fasiləsi

konfransdan sonra biz Xalça müzeyində və Teatr muzeyində olduq.

Yenə bizə dondurma və su aldılar
Bizi Bulvarda böyük çarxa karuselə mindirdilər
yüksəkliyə qalxdıqca həyəcanlanırdıq
Və bizi 7D filminin nümayişinə apardılar. Çox həyəcanlı idi. Mən eynəyimi çıxarıb baxdım və gördüm ki məni ayaqlarımı qıdıqlayan siçanlar deyil adi rezinlərdir
Davam edəcək